Daha bir AİLƏ FACİƏSİ:  arvadını və iki qızını... - VİDEO
26 may 2022 15:18 (UTC +04:00)

Daha bir AİLƏ FACİƏSİ: arvadını və iki qızını... - VİDEO

Türkiyənin İstanbul şəhərində ailə faciəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Ağsaray adlanan ərazidə baş verib. Qohumlarıgilə qonaq gələn əfqanıstanlı Məhəmməd Hüseyn Sultani evdə həyat yoldaşı ilə dalaşıb. Bu zaman o, arvadına bir neçə bıçaq zərbəsi vuraraq öldürüb. Daha sonra isə onu 2-ci mərtəbədə yerləşən evin eyvanından aşağı atıb. Amma əfqanıstanlının bununla da ürəyi soyumayıb.

O, yatmış halda olan iki qızını da anaları kimi eyvandan atıb. Sonra isə özünü də eyvandan ataraq, intihara cəhd edib. Həkimlərin səyinə baxmayaraq, qızların həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qətl törədən ata

Arvadını və iki qızını eyvandan atdı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5295
avatar

Mehman Nəbiyev

Oxşar yazılar