Bakıda su borusu partlayan yol bağlandı - VİDEO  - YENİLƏNİB
26 oktyabr 2022 10:24 (UTC +04:00)

Bakıda su borusu partlayan yol bağlandı - VİDEO - YENİLƏNİB

Bakıda su borusu partlayan küçə avtomobillərin hərəkəti üçün bağlanıb.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. Onun sözlərinə görə, Yasamal rayonu Əsəd Əhmədov küçəsi, həmçinin paralel küçə və prospektlər üzrə hərəkət məhdudlaşdırılıb.

***
Saat: 09:42

Bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirliyin müvafiq qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.

***
Saat: 08:38

Bakıda su borusu partlayıb.

Lent.az xəbər verir ki, hadisə Yeni Yasamal rayonu ərazisində qeydə alınıb. Su borusu partlayaraq fontan vurub. Ərazidə tıxac yaranıb. Oradan keçən avtobusların hərəkətində gecikmələr yaşanıb.

“Bu gün səhər saatlarında "+ 52 Alatava" və "+ 82 Qərb" mərkəzi su anbarlarını əlaqələndirən 1 400 mm-lik magistral su kəmərində qəza baş verib”.

Bu barədə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, dərhal "+ 52 Alatava" su anbarında nasosların fəaliyyəti dayandırılıb və hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnikası cəlb olunub:

“Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək”.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, Əsəd Əhmədov küçəsində su borusunun partlaması səbəbindən həmin ərazidən keçən 211, 77, 194 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Hal-hazırda qeyd olunan marşrtlar üzrə avtobuslar alternativ küçələr ilə hərəkət etməkdədirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10335
avatar

Oxşar yazılar