Bakıda sərnişin 65 yaşlı sürücünü döydü - VİDEO
13 oktyabr 2022 17:41 (UTC +04:00)

Bakıda sərnişin 65 yaşlı sürücünü döydü - VİDEO

Bakıda daha bir marşrut avtobusunda sürücü ilə sərnişin arasında insident yaşanıb.

Lent.az xəbər verir ki, bu dəfə sərnişin 65 yaşlı sürücünü şillə və yumruq zərbələri ilə döyüb.

Hadisə anı avtobusun təhlükəsizlik kamerasına həkk olunub.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, hadisə oktyabrın 12-də saat 20:14-də “Kənan-2000”MMC-nin istismarında olan 204 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusda baş verib. Belə ki, sürücü Yaqub İbadovun idarə etdiyi 90VF933 dövlət qeydiyyat nişanlı avtobus Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Qala-Ramana istiqamətində hərəkət edərkən 78 nömrəli məktəbin qarşısında 3 nəfər şəxs (2 oğlan, 1 xanım) dayanacaqdan kənar avtobusa minmək istəyib. Sürücü avtobusu dayanacaqdan kənar saxlamayaraq təyin olunmuş dayanacaqda dayanıb. Vətəndaşlar sonradan avtobusa minərək dayanacaqdan kənar saxlamadığı üçün sürücü ilə mübahisə edib. Sonda videodan göründüyü kimi sərnişinlərdən 1-i sürücüyə fiziki güc tətbiq edərək xəsarət yetirir. Hadisə barəsində daşıyıcı tərəfindən polisə müraciət edilib və araşdırma aparılır.

# 3426
avatar

Mehman Nəbiyev

Oxşar yazılar