Restoranda keçirilən toy
30 mart 2021 14:59 (UTC +04:00)

Restoranda keçirilən toy

Bakıda restoran sahibi toya görə cərimələndi - VİDEO

Bakının Nizami rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən restoranların birində toy mərasiminin keçirilməsi aşkalanıb. 

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının  keçirdiyi tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə 35 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib. 

Toy sahiblərinin hər biri 400 manat, mərasiminin təşkilinə şərait yaradan restoranın müdiri barəsidə 4000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub. Restoranın inzibatçısı barəsində toplanmış material isə Nizami rayon Məhkəməsinə göndərilib.

Bakıda restoranda toy etdilər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3834
avatar

Mehman Nəbiyev

Oxşar yazılar