Qəza edən maşınlar
28 oktyabr 2021 09:31 (UTC +04:00)

Qəza edən maşınlar

Bakıda içərisində sərnişin olan taksi qəza törətdi - VİDEO

Bakıda taksi qəza törədib.

Lent.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb. Qeyd olunur ki, hadisə gecə saatlarında qeydə alınıb. “Bolt” taksi şirkətinə məxsus “Toyota Prius” markalı avtomobil “Opel” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

Qəza zamanı taksidə sərnişin də olub. Həmin avtomobilin günlük arenda ilə fəaliyyət göstərdiyi bildirilir.

Xatırladaq ki, son zamanlar sürücülər sosial şəbəkələrdə günlük arenda ilə işləyən avtomobillərin tez-tez qəza törətmələrindən şikayət edirlər.

Görüntüləri təqdim edirik:

Bakıda taski şirkətinin maşını qəza törətdi

# 7572
avatar

Mehman Nəbiyev

Oxşar yazılar