Uşaqların koronavirusa qarşı peyvəndlənməsinə  icazə verildi
26 iyun 2021 07:14 (UTC +04:00)

Uşaqların koronavirusa qarşı peyvəndlənməsinə  icazə verildi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqlara koronavirus əleyhinə peyvənd vurulmasına icazə verib

Lent.az bir neçə gün əvvəl təşkilat, uşaqlar üçün peyvəndlərin təhlükəsizliyinə dair "kifayət qədər məlumat" olmadığına görə yetkinlik yaşına çatmayanları peyvəndləməyə ehtiyac olmadığını açıqlamışdı.

Ümumdünya Səhiyyə Təşkilatının yenilənmiş tövsiyələrindən belə çıxır ki, uşaqlar və yeniyetmələr, digər səbəblərdən riskə məruz qalmırlarsa, “yaşlılara, xroniki xəstəlikləri olanlara və tibb işçilərinə nisbətən daha təcili peyvəndlənməməlidirlər”.

Eyni zamanda ÜST, yüksək risk qrupundan 12 ilə 15 yaş arası uşaqlar üçün Pfizer və BionTech tərəfindən hazırlanmış peyvəndi istifadə etməyi məsləhət görür. Təşkilat ÜST-nin Strateji Məsləhət Mütəxəssislər Qrupunun Pfizer peyvəndinin 12 yaş və daha yuxarı yeniyetmələrə uyğun olduğu barədə tapıntılarına istinad edir.

Sənəddə uşaqlar üçün peyvənd sınaqlarının hələ davam etdiyi və tövsiyələrin “dəlil və ya epidemioloji vəziyyət” tələb olunduqda yenilənəcəyi vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2403
avatar

Oxşar yazılar