Hər bir valideyn heç olmasa bir dəfə belə bir vəziyyətlə qarşılaşıb: uşaq smartfon ekranına baxaraq, heç bir xahişə reaksiya vermir.
İlk impuls – cihazı əlindən almaq və qaydalar qoymaq olur. Elə bil ki, bu, problemi tez bir zamanda həll edəcək. Amma sonra nə baş verir?
Bir çoxları müşahidə edir ki, bir neçə saat sonra uşaq əsəbi olur, bir gün keçdikdən sonra isə yenidən telefonu istəyir.
Niyə qadağalar gözlədiyimiz kimi işləmir?
Lent.az bütün bu suallara cavabı təqdim edir:
Müasir uşaqlar texnologiyanın ayrılmaz hissə olduğu bir dünyada böyüyürlər. Valideynlər telefonu əlindən alaraq onları sadəcə bir oyuncağından deyil, həm də ünsiyyət vasitəsindən, informasiya mənbəyindən və özünüifadə üsulundan məhrum edirlər. Bu isə yalnız inciyib küsməyə deyil, həm də təcrid olunmuşluq hissinə səbəb olur.
Ekran qarşısında vaxtı necə idarə etməyi öyrənmək əvəzinə, uşaq diqqətini qadağanı necə keçməyə yönəldir. Məsələn, cihazı gizlətməyə və ya gizlicə istifadə etməyə başlayır. Amma məsələ tək bununla da bitmir.
Valideynlər texnologiyaya çıxışı sərt şəkildə məhdudlaşdıranda, çox vaxt alternativlər təqdim etmirlər. Vaxtını oyunlar və ya sosial şəbəkələrlə doldurmağa öyrəşmiş uşaq birdən "boşluqda" qalır. Nə edəcəyini bilmir və bu da ailədəki gərginliyi daha da artırır.
Münaqişə yerinə – anlaşma
Mübahisələr əvəzinə razılaşmağa çalışın: cihazlardan istifadə üçün dəqiq qaydalar müəyyən edin (məsələn, “yatmazdan bir saat əvvəl” və ya “ev tapşırıqları yerinə yetirildikdən sonra”) və uşağı tədricən real həyat fəaliyyətlərinə cəlb edin.
Birlikdə gəzintilər, stolüstü oyunlar və ya hətta axşam yeməyi hazırlamaq – ekran asılılığını qalmaqalsız azaltmağa kömək edəcək o "körpü"yə çevrilə bilər.