Tədqiqatlar göstərir ki, zəka 40-60 faiz genlər tərəfindən müəyyən edilir, qalan hissəsi isə ətraf mühit və tərbiyə kimi xarici amillərdən asılıdır. Lakin kimin genlərinin həlledici rol oynaması sualı uzun müddət cavabsız qalıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, məlumatına görə, Qlazqo Universitetinin alimləri laboratoriya siçovulları üzərində təcrübələr apararaq bu fenomeni tədqiq ediblər.
Onlar siçovullara analarından və ya atalarından əlavə genlər vurublar. Analarından daha çox gen alan siçovulların bədənləri kiçik qalarkən beyin ölçüsündə artım müşahidə edilib. Bunun əksinə olaraq ata genlərinin üstünlük təşkil etdiyi siçovulların beyinləri daha kiçik, lakin bədənləri iri olub.
Bu fərziyyəni təsdiqləmək üçün alimlər müxtəlif sosial, təhsil və etnik qruplardan olan 14-22 yaş arası 12 mindən çox yeniyetmənin məlumatlarını tədqiq ediblər. Nəticələr təəccüblü dərəcədə belə olub: yeniyetmələrin İQ səviyyələri ən çox anaları ilə uyğunluq təşkil edib.
Araşdırma eyni zamanda, ataların genlərinin əsasən yemək davranışı, aqressiya dərəcəsi və cinsi davranış kimi digər aspektlərdən məsul olduğunu müəyyən edib. Ananın genləri isə düşünmə, analitik bacarıqlar və proqnozlaşdırma da daxil olmaqla idrak funksiyalarında əsas rol oynayır.
Tədqiqatlar həmçinin göstərir ki, ana və uşaq arasında güclü emosional bağ beynin müəyyən sahələrinin inkişafına kömək edir, idrak qabiliyyətlərini gücləndirir.