Uşağa inək südü içirdi:  Öldü
04 fevral 2022 19:41 (UTC +04:00)

Uşağa inək südü içirdi: Öldü

Sankt-Peterburqun Moskovski rayonunda yerləşən mənzildə üç aylıq körpə inək südü ilə qidalanandan sonra ölüb.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, mənzildə uşağın anası, Altay diyarından olan 31 yaşlı qadın olub. O, səhər tezdən oğlunu butulkadakı inək südü ilə yedizdirdiyini və yanında yatdırdığını deyib.

Bir neçə saat sonra oyanan qadın körpəni huşsuz vəziyyətdə, ağzı açıq və dili göyərmiş vəziyyətdə tapıb. O, polis əməkdaşlarını və təcili yardım briqadasını çağırıb. Həkimlər gəlib və uşağın öldüyünü müəyyən ediblər.
 

# 3198
avatar

Oxşar yazılar