Rusiyanın Ukraynaya hücumu başlayandan bəri 21 uşaq ölüb, 55 uşaq yaralanıb.
Lent.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, bu barədə məlumatı “Facebook”da Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova yayıb.
Onun sözlərinə görə, Rusiya ordusu ağır silahlardan istifadə etməkdə və dinc əhalini öldürməkdə davam edirlər.