Məktəbli qızın qarnı ağrıdı,  xəstəxanada uşaq doğdu
19 yanvar 2022 08:22 (UTC +04:00)

Məktəbli qızın qarnı ağrıdı, xəstəxanada uşaq doğdu

Kubanda 9-cu sinif şagirdi qarın ağrısı şikayəti ilə xəstəxanaya gedib və uşaq dünyaya gətirib.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, məktəbli qız şiddətli ağrılarla tibb müəssisəsinə yerləşdirilib. Müayinədən sonra 9-cu sinif şagirdinin hamilə olduğu məlum olub.

Mənbənin sözlərinə görə, qızın sancıları başlayıb və bununla əlaqədar təcili olaraq xəstəxananın doğum şöbəsinə göndərilib.

Hazırda ana və uşağın sağlamlığı üçün heç bir təhlükə yoxdur. 

Sonradan müəyyən etmək mümkün olub ki, məktəbli qızı yetkinlik yaşında olan dostundan hamilə qalıb. Qız məhz onun uşağın atası olduğunu etiraf edib. Artıq gənc atanın kimliyi də müəyyənləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1992
avatar

Oxşar yazılar