Ana südü körpələrin qidalanması üçün başlanğıc nöqtə hesab edilə bilər.
Lent.az məlumat verir ki, bu barədə Səhiyyə Nazirliyinin sosial şəbəkə hesabında paylaşım edilib. Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) körpələrə ilk altı ay ərzində yalnız ana südü ilə qidalanmağı tövsiyə edir:
“Bu dövrdə ananın özünün qidalanmasına diqqət etməsi çox önəmlidir, çünki ananın istehlak etdiyi qidalar ana südü ilə körpəyə ötürülür.
Ana südü körpənin həm sağlam böyüməsini, həm də beyninin inkişafını təmin edəcək. Ona bu dövrdə digər maye (su, çay) və ya qida lazım deyil. Ana südündə yetərincə maye var (ana südü 87-90 faiz sudan ibarətdir) və bu, hətta istidə belə, körpənin tələbatını ödəyir.
Ana südü ilə qidalandırmanı dayandırmaq haqda uşağın 1-2 yaşından tez düşünməyin”.