10 yaşlı qızda labrador cinsindən olan itin balasının şıltaqlığı sayəsində iki xərçəng şişi aşkarlanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bununla uşağın həyatını xilas etmək də mümkün olub.
Liverpullu bir qız ev heyvanı ilə oynayanda it qızın dizləri üstünə tullanmağa qərar verib. Bir neçə saat sonra 10 yaşlı uşağın baldırında böyük, ağrılı bir şiş əmələ gəlib. Valideynlər qızlarını həkimə göstərmək qərarına gəliblər. Əvvəlcə həkimlər bunun qançır olduğuna qərar veriblər və ağrılı yerə buz çəkməyi təklif ediblər, lakin qabar aradan qalxmayıb.
Valideynlər başqa həkimə müraciət ediblər. O, rentgen, CT və MRT keçirdikdən sonra uşağın Yuinq sarkoması olduğunu - sümük toxumasından inkişaf edən son dərəcə aqressiv xərçəng növü olduğunu müəyyən edib. Qıza ayağındakı şişdən əlavə, ağciyərlərində xərçəngin yayılması diaqnozu qoyulub.
O, cəmi 7 ay ərzində 14 kimyaterapiya kursu keçməli olub. Nəticədə hər iki şiş geriləyib.
Qız indi reabilitasiya kursundan keçir və artıq yetkin bir it də sahibəsinin özünə gəlməsinə kömək edir.