Hər bir ata  qızına bu 3 şeyi   öyrətməlidir
22 aprel 2024 18:29 (UTC +04:00)

Hər bir ata qızına bu 3 şeyi öyrətməlidir

Balaca qızlar böyüyüb gözəl analar, müdrik qadınlar və mehriban nənələr olurlar.

Lent.az xarici KİV-ə istinadən xəəbr verir ki, qızın məhz bu yolla getməsi üçün onu təkcə anası deyil, həm də atası böyütməlidir.

Ona məsuliyyəti öyrədin

Qızınıza məsuliyyət aşılamaqdan başlamaq lazımdır. Biz hamımız başa düşməliyik ki, özümüzə görə məsuliyyət daşıyırıq. Bunu hətta kiçik bir qız da başa düşməlidir. 

Onu ailə dəyərləri ilə tanış edin

Ata qızına anasını, nənəsini və ona yaxın olan digər insanları sevməyi və hörmət etməyi öyrətməlidir. Unutmayın: yalnız valideynlərinə sevgi və hörmət hiss edən uşaqlar böyüyərək, övladlarına sevgi və qayğı göstərən valideynlər olacaqlar.

Onda mehribanlıq inkişaf etdirin

Bu, bütün uşaqlara öyrədilməli olan çox vacib keyfiyyətdir. Əgər ata qızının mehriban və dürüst olmasını istəyirsə, əvvəlcə ona, sonra isə bütün dünyaya güvənməyi öyrətməlidir. Güvən sevginin ifadəsi ilə öyrədilə bilər. Boş vədlər verməyin və qızınızı məyus etməyin. Gözləntiləri qarşılanan uşaq heç vaxt hirslənməyəcək və inamsız olmayacaq, xoşbəxt və doyumlu bir həyat sürə biləcək.

# 31923
avatar

Fidan İlqar

Oxşar yazılar