Avropa Neyropsixofarmakologiya Kollecinin araşdırmasına görə, insanın doğulduğu ilin vaxtı yetkinlik dövründə onun xarakterinə təsir edə bilər.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, onların fikrincə yayda doğulan uşaqlar daha çox şıltaq olurlar. Yazda doğulanlar isə əksinə, həddindən artıq nikbinlik, şənlik və həyata müsbət baxışla seçilirlər.
Payızda doğulanların isə depressiya riski artır. Qışda doğulmuş uşaqların əsəbi yetkinlərə çevrilmə ehtimalı daha azdır.
Lakin alimlər vurğulayırlar ki, onların gəldiyi nəticə yalnız 400 nəfərin iştirak etdiyi araşdırmaya əsaslanır. Bu məhdud bir nümunədir, yəni körpənizin doğum vaxtını planlaşdırarkən belə nəticələr rəhbər kimi qəbul edilməməlidir.
Tədqiqatçılar xüsusi əlaqələri və oxşarlıqları maraq oyatmağa davam edən əkizlərə xüsusi diqqət yetirirlər. Onların qarşılıqlı təsirinin heyrətamiz hadisələri, o cümlədən bir-birini uzaqdan “hiss etmək” qabiliyyəti hələ də elm üçün sirr olaraq qalır.