Bu yaşdakı uşaqlara günəş kremindən istifadə YOLVERİLMƏZDİ
11 iyun 2022 11:00 (UTC +04:00)

Bu yaşdakı uşaqlara günəş kremindən istifadə YOLVERİLMƏZDİ

Yay aylarında dərini günəşin zərərli ultrabənövşəyi şüalarından qorumaq üçün günəş kremlərindən geniş istifadə olunur .

Bəs, uşaqlar üçün hansı günəş kremləri məsləhətlidir?

Lent.az xəbər verir ki, bu barədə pediatr Elşən Tağıyev konkret cavab verib:

“6 aydan kiçik uşaqların açıq günəş şüaları altında qalması və günəş kremlərindən istifadə tövsiyə olunmur .6 aydan böyük uşaqlar üçün kremlərdən istifadə oluna bilər .Günəş kremləri seçərkən SPF (Sun Protection Factor) - günəş şüalarından qoruma faizinə diqqət edin”. 

Onun sözlərinə görə, uşaqlar üçün bu kremlər daha uyğundur:

”SPF 15 kremlər - günəş şüalarının 93%-i,
SPF 30 kremlər Günəş şüalarının 97%-i,
SPF 50 kremlər günəş şüalarının 98%-i bloklaylr və dərini qoruyur. 

Gördüyünüz kimi SPF 30 kremlər həm körpə həm də böyüklər üçün ideal seçimdir. Daha yüksək SPF kremlər tövsiyə olunmur”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3564
avatar

Aytəkin Cəlali

Oxşar yazılar