"Azərbaycanda uşaqlara koronavirus peyvəndi vurulması nəzərdə tutulmayıb” -  Şahmar Mövsümov
04 noyabr 2021 18:47 (UTC +04:00)

"Azərbaycanda uşaqlara koronavirus peyvəndi vurulması nəzərdə tutulmayıb” - Şahmar Mövsümov

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanda 5 yaşa qədər uşaqlara COVID-19 əleyhinə peyvənd vurulub-vurulmayacağı ilə bağlı məsələnin gündəmdə olub-olmamasına aydınlıq gətirib.

Lent.az-ın məlumatına görə, o, APA-ya açıqlamasında bildirib ki, bununla bağlı tövsiyə yoxdur: “Tövsiyə var ki, uşaqlarda hər hansı xəstəlik varsa, risk qrupuna aiddirsə, onda həkimlərin məsləhəti ilə 12 yaşına qədər olan uşaqlara peyvənd vurula bilər. Ümumilikdə uşaqlara COVID-19 əleyhinə peyvənd vurulması nəzərdə tutulmayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3744
avatar

Oxşar yazılar