26 yaşlı Kristinanın gündəlik həyatı hər kəsi təəccübləndirir. Kristina və əri böyük ailə qurmaq arzusu ilə surroqat üsula əl atıblar və hazırda cütlüyün 22 övladı var.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Kristina 17 yaşında ikən ilk övladı Viktoriyanı dünyaya gətirib. O zaman yalqız olan gənc qadın hazırki əri ilə sonradan bir tətildə tanış olub. Bundan sonra həyatı tamamilə dəyişib. Cütlük tezliklə böyük ailə həyatı qurmağı hədəfləyib.
Kristina və əri sürətlə böyük bir ailə qurmaq üçün surroqat analığa üz tutublar. Buna görə də uşaqların çoxu demək olar ki, eyni yaşdadır.
Hazırda 26 yaşı olan Kristina yarı türk, yarı rusdur və ailəsi ilə birlikdə Gürcüstanda yaşayır. Kristina İnstaqram hesabında paylaşdığı videoda uşaqlarının adını çəkib. Onların 22 övladı var: Viktoriya, Mustafa, Məryəm, Ayrin, Alisa, Həsən, Cudi, Harper, Tereza, Hüseyn, Anna, İzabella, İsmayıl, Mehmet, Əhməd, Əli, Kristina, Alena, Sara, Lokman, Alparslan və Oliviya.
Kristinanın ərinin 56 yaşı var və milyonçudur. Gənc qadın ərinin ona hər cür maddi və mənəvi dəstək olduğunu, yaxşı ata olduğunu bildirir. Kristinanın uşaqlara yaxşı baxmasına kömək etmək üçün bir neçə dayə və köməkçisi var.
Kristina əri ilə məsuliyyətləri bölüşdüyünü bildirir. Əri bizneslə məşğul olur, o isə uşaqlara baxır. Valideynlər uşaqlarla müntəzəm gəzintiyə çıxır, stolüstü oyunlar oynayır, filmlərə baxır və həftə sonları birlikdə vaxt keçirirlər.