Ən gözəl, eyni zamanda  çox təhlükəli:   nəhəng dalğaları olan İslandiya çimərliyi
28 dekabr 2024 11:57 (UTC +04:00)

Ən gözəl, eyni zamanda çox təhlükəli: nəhəng dalğaları olan İslandiya çimərliyi

İslandiyaya səyahət etməyi planlaşdıran turistlər ən gözəl çimərliklərdən birinin həm də ən təhlükəli olduğunu öyrəndikdə təəccüblənə bilər. Söhbət İslandiyanın cənub sahilində yerləşən 2023-cü ildə Avropanın ən yaxşısı olan Reynisfjara çimərliyindən gedir.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu çimərlikdə inanılmaz qara qumlar, bazalt sütunlar və qorxulu okean var.

Burada ehtiyatlı olmadıqda insanları asanlıqla dərinliklərə apara biləcək hündürlüyü 36 metrə çatan dünyanın ən böyük dalğaların da şahidi ola bilərsiniz.

Bundan əlavə, çimərlikdə başqa bir təhlükə gözlənilmədən yaranan kütləvi“sneaker dalğaları”dır. Belə dalğalar digərlərindən xeyli böyükdür və sahilə daha çox təsir edir.

Eyni zamanda, yüksək qayalıqlardan daşlar sahilə düşə bilər. Bu çimərlik çox təhlükəli olduğu üçün insanların təhlükəsizliyi üçün işıqfor sistemi var.

Yəni, sarı işıq yandığı zaman ziyarətçilərin sarı zonaya daxil olmasına icazə verilmir. İşıq qırmızı olanda turistlər qırmızı zonaya girməməlidirlər.

Ziyarətçilər üçün çimərlik səfəri qaydaları:

- təhlükəsizlik nişanlarını diqqətlə oxuyun və xəbərdarlıqlara əməl edin;

- dənizdən mümkün qədər uzaq durun;

- uşaqlarla gəlsəniz, xüsusilə diqqətli olun;

- gelgitlərin axmasına diqqət yetirin, çünki ilişib qalmaq riski var;

- qayalardan uzaq məsafədə dayanın.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 825
avatar

Ləman Sərraf

Oxşar yazılar