Ümumdünya Turizm Təşkilatı dünyada ən çox turistin gəldiyi ölkənin adını açıqlayıb.
Lent.az xəbər verir ki, ən sevimli səyahət məkanı Fransa seçilib. Ən azı sevgi şəhəri kimi bir çox insanın görməli olduğu yerlər siyahısında Paris birinci yeri tutub. Bura keçən il təxminən 100 milyon ziyarətçi gəlib.
İkinci yerdə isə İspaniyaya bağlı olan Mayorka adasıdır. Hətta bir neçə ay əvvəl burada minlərlə insan etiraz aksiyası keçirib. Adanın sakinləri yerli əhali üçün çətinlik yaradan kütləvi turizmə qarşı çıxıblar. Onlar turistlərin çoxluğundan şikayətçi olublar. Statistikaya görə, İspaniyaya ildə təxminən 85 milyon turist gəlir.
Turistlərin sayına görə ilk 10-luqda daha sonra ABŞ, İtaliya, Türkiyə, Meksika və Böyük Britaniya yer alıb.