"YouTube"da YENİLİK:  Videodakı məzmundan danışacaq
02 avqust 2023 10:58 (UTC +04:00)

"YouTube"da YENİLİK: Videodakı məzmundan danışacaq

"YouTube" platforması istifadəçilərə videoya baxmadan mətn parçasını əldə etməyə imkan verən eksperimental funksiyanı işə salıb.

Lent.az xəbər verir ki, bu barədə "TechCrunch" portalı məlumat yayıb.

Süni intellekt səhifəni sürüşdürərkən və ya axtarış nəticələrində nümayiş olunan videoların məzmununun qısa xülasəsini yaratmaq üçün istifadə olunur. Bildirilir ki, yeniliyin məqsədi istifadəçi təcrübəsini təkmilləşdirmək və maraqlar üzrə video axtarışın səmərəliliyini artırmaqdır.

Hələlik funksiya yalnız ingilis dilində olan videolarla işləyir. Yeniliyin arxasında duran texnologiya, ehtimal ki, ChatGPT kimi müxtəlif mövzularda mətnlər yaratmağa qadir olan "Google Bard" chatbotuna əsaslanır.

Funksiya sınaq mərhələsindədir və 1 avqust 2023-cü ildə məhdud sayda istifadəçilər üçün əlçatan olacaq. Təcrübənin tamamlanma tarixi məlum deyil. Uğurlu olarsa, o, "YouTube"un ictimai versiyasında tətbiq olunacaq.

# 2511
avatar

Fidan İlqar

Oxşar yazılar