Yeni texnologiya smartfonları “ÖLÜMSÜZ” EDƏCƏK
09 may 2021 06:04 (UTC +04:00)

Yeni texnologiya smartfonları “ÖLÜMSÜZ” EDƏCƏK

Yapon alimləri akkumulyatorların işləmə müddətini artıran material ixtira ediblər. 

Lent.az xəbər verir ki, bu, daima şarj tələb edən smartfon və başqa cihazların işləmə müddətini artırmağa imkan verəcək.

Yeni ixtiranın müəllifi Yaponiyanın Qabaqcıl Elm və Texnologiyalar İnstitutunun tədqiqatçılarıdır.

Mütəxəssislərin sözlərinə görə, yeni material sayəsində akkumulyatorlar daha gec sıradan çıxır və 5 il istifadədən sonra öz həcminin 95%-ni saxlayır. 

“Bis-imino-acenaphthenequinone-Paraphenylene” (BP) adlandırılmış yeni material artıq yaxın vaxtlarda ənənəvi qrafitdən hazırlanan anodu əvəz edə bilər.

Tədqiqatçılar qeyd edirlər ki, müasir akkumulyatorlar il ərzində öz həcminin 10%-dək itirirlər, buna görə üç il sonra əvvəlki həcminin 70%-dən az hissəsini saxlayırlar ki, bu da bir çox istifadəçilərin yeni texnikaya keçməsinə səbəb olur. Bu problem elektrik avtomobilləri üçün daha aktualdır. 

Yeni texnologiya batareyaların işləmə müddətini artıracaq ki, bu da alıcılara fayda gətirəcək./“ictnews”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3705
avatar

Oxşar yazılar