"Xiaomi" yeni avtomobilini  test etdi: Ancaq dizaynını gizlətdi
09 yanvar 2023 11:24 (UTC +04:00)

"Xiaomi" yeni avtomobilini test etdi: Ancaq dizaynını gizlətdi

“Xiaomi” şirkəti ilk elektroavtomobilini satışa çıxaracağı gözlənilir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hazırda iki avtomobil üzərində işlənilir.

Bu maşınların “Tesla Model 3”ə rəqib olacağı bildirilir. Avtomobilin satış qiyməti 260-300 min yuan arası(təxminən 60-70 min manat) olacaq. Onların ən xüsusi özəlliyi odur ki, gün ərzində bir dəfə şarj olunandan sonra 1000 km yol qətt edə biləcək.

Onun təqdimatı 2023-cü ilin sonuna qədər baş tutacaq. Amma buna baxmayaraq maşın Çinin avtomobil yollarında test edilib. Avtomobilin dizaynı xüsusi örtüklər vasitəsilə gizlədilib. Buna görə də, onun xarici görünüşü haqqında nə isə demək çətindir.

# 2712
avatar

Sevinc Fərid

Oxşar yazılar