“WhatsApp”dan daha bir YENİLİK:  Mesajları təzə telefona belə köçürün
01 iyul 2023 13:58 (UTC +04:00)

“WhatsApp”dan daha bir YENİLİK: Mesajları təzə telefona belə köçürün

“WhatsApp” messencerinin tərtibatçıları QR kodundan istifadə etməklə söhbət tarixçəsini köhnə telefondan yeni telefona köçürməyin yeni və daha sürətli yolunu elan ediblər.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, mütəxəssislərdən biri qeyd edib ki, eyni əməliyyat sisteminə malik başqa telefona keçən istifadəçilər yerli Wi-Fi bağlantısından istifadə edərək “WhatsApp” məlumatlarını ötürə biləcəklər".

Metod smartfonda və ya bulud yaddaşında məlumatların ehtiyat nüsxəsini tələb etmir. Söhbət tarixçəsini ötürmək üçün hər iki cihazın aktiv olduğundan və eyni Wi-Fi şəbəkəsinə qoşulduğundan əmin olun.

Sonra messencer parametrlərinə keçməlisiniz. Burada “Söhbətlər” bölməsini, “Söhbətləri köçürmək” xidmətini seçin. Prosesi başa çatdırmaq üçün yeni smartfonun kamerasından istifadə edərək QR kodunu skan etməli olacaqsınız.

“WhatsApp” əmindir ki, yeni metod üçüncü tərəf həllərindən daha təhlükəsizdir. Çünki məlumatlar cihazların özlərində şifrələnir və mübadilə yalnız yerli şəbəkədə onlar arasında aparılır.

Messencer əvvəllər eyni mobil əməliyyat sistemi ilə smartfonlar arasında məlumat ötürmək üçün bulud yaddaşından istifadə etməyi təklif edirdi.

# 8463
avatar

Oxşar yazılar