Dünyanın ən çox istifadə edilən mesajlaşma platforması olan “Whatsapp”a daha bir yeni funksiya gəlir.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, tətbiq bundan sonra gələn mesajlara reaksiya verə biləcək.
Tətbiq edilən yenilik Android istifadəçilərinin “Whatsapp” 2.21.24.8 Beta versiyası üçün nəzərdə tutulub.
Bu özəllik vasitəsilə mesaja cavab verməyə ehtiyac qalmayacaq. Həmin söhbəti sadəcə bəyənmək kifayət edəcək.
Qeyd edək ki, oxşar funksiya “Facebook” və “Instagram” sosial şəbəkələrində uzun müddətdir mövcuddur.