“WhatsApp”da fırıldaqçılar valideynləri hədəf alıb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, bir çox dələduzlar “WhatsApp”da ana və atalara övladlarının çətin vəziyyətdə olduğunu yazırlar.
Valideynlərə övladlarının çətin durumda və pula ehtiyacları olduqlarını mesaj kimi göndərərək külli miqdarda vəsait tələb edirlər.
Şotlandiyada bir atanın bənzər hadisə ilə qarşılaşdığı qeyd olunur. Başqa bir hadisədə isə ata qızının çətin vəziyyətdə olduğuna inanaraq 2000 funt sterlinq göndərib.