"WhatsApp"da çoxdan gözlənilən funksiyadan ŞİKAYƏT
07 sentyabr 2023 18:51 (UTC +04:00)

"WhatsApp"da çoxdan gözlənilən funksiyadan ŞİKAYƏT

Yayın sonunda “WhatsApp” çoxlu sayda istifadəçi üçün əlverişsiz görünən video mesajlar təqdim etməyə başlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, indi tərtibatçılar yeni funksiyanı söndürməyə icazə verəcəklər.

Video mesajların yazılması funksiyası “WhatsApp”da, eləcə də “Telegram”da aktivdir. Yalnız müvafiq düyməni basıb saxlamaq lazımdır. Çoxlarının bu funksiyanın görünməsini gözləməsinə baxmayaraq, istifadəçilər yenilikdən kütləvi şəkildə şikayət etməyə başlayılar, çünki adi səsli mesajlar əvəzinə həmsöhbətlərinə təsadüfən video mesajlar göndəriblər.

Məhz belə halların qarşısını almaq üçün tərtibatçılar gələcək "WhatsApp" yeniləmələrində video mesajların qeydini söndürməyə imkan verəcəklər. "WhatsApp"ın Android və iOS üçün ən son beta versiyalarında artıq messencer parametrlərində müvafiq bölmə peyda olub.

İstifadəçi "dairələrin" qeydini söndürdükdən sonra mikrofon simvolu adi yerinə qayıdacaq. Funksiyanı söndürən istifadəçilər həmsöhbətlərindən alınan video mesajları qəbul etməyə və onlara baxmağa davam edəcəklər.

# 3438
avatar

Fidan İlqar

Oxşar yazılar