“WhatsApp” "iPhone" üçün yeni funksiya yaratdı
27 iyun 2024 19:59 (UTC +04:00)

“WhatsApp” "iPhone" üçün yeni funksiya yaratdı

“WhatsApp” "iPhone" üçün yeni funksiya yaradıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, “WhatsApp”ın iPhone üçün yeni beta versiyasında istifadəçi tətbiqi bağladığı halda “messencer” artıq faylları yükləməyi dayandırmır. 

“iOS” məhdudiyyətlərinə görə, əvvəllər söhbətə media göndərərkən siz yükləmə tamamlanana qədər proqramı açıq saxlamalı idiniz, əks halda yükləmə dayandırılacaq və istifadəçilər faylı yenidən göndərməli olacaqdılar. “WhatsApp” tərtibatçıları yeni funksiya əlavə etməklə bu problemi həll ediblər.

İndi istifadəçi faylı ötürərkən proqramı bağlasa belə, növbəti dəfə “messencer” işə salındıqda “WhatsApp” bildiriş göndərəcək və yükləməyə davam etməyi təklif edəcək. Bu funksiya hazırda sınaq mərhələsindədir və tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq.

"WhatsApp" həmçinin qrup söhbətlərini gizlətmək və onlayn fayl köçürmələri də daxil olmaqla bir sıra digər yeniliklər üzərində işləyir. Bu yaxınlarda mesajların təşkili üçün söhbət filtrlərini və qrup çatları üçün tədbir cədvəlini təqdim edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2481
avatar

Arzu Qurbanlı

Oxşar yazılar