“WhatsApp” bu  smartfonlarda söndürüləcək   – Tarix açıqlandı 
02 oktyabr 2022 17:05 (UTC +04:00)

“WhatsApp” bu smartfonlarda söndürüləcək – Tarix açıqlandı 

iOS 10 və 11 ilə işləyən iPhone sahibləri qadcetini yeniləməsələr, tezliklə messencerdən istifadə edə bilməyəcəklər.

Lent.az xarici mediaya istinadla bildirir ki, “WhatsApp”ın işində dəyişiklik olması barədə “WABetaInfo” portalının istifadəçiləri məlumat verib. Onlar smartfonlarını iOS-un köhnə versiyası ilə yeniləmələri barədə xəbərdarlıq mesajı alıblar. İki modelin sahibləri bu xəbərdarlığa ən çox diqqət yetirməlidirlər:

•    iPhone 5;

•    iPhone 5C.

“WhatsApp” ilə işləyəcək iOS versiyasına yüksəltmək istəsəniz belə, bu smartfonların sahibləri bunu edə bilməyəcək. Yalnız bir çıxış yolu var: qadcetı daha müasir birinə dəyişdirmək.

Fərqli bir iPhone modeliniz varsa, lakin eyni zamanda qadcetınızı illərdir yeniləməmisinizsə, yəni iOS 10 və 11 dövründə "ilişib" qalıbsa, o zaman sakit nəfəs ala bilərsiniz: smartfonunuzu dəyişdəirməməlisiniz.

Siz sadəcə "Parametrlər" - > "Ümumi" - > "Proqram təminatı yeniləməsi" bölməsinə keçib iOS 12 və ya əməliyyat sisteminin daha yeni versiyasını yükləməlisiniz. Hazırda iOS 16 ən sonuncu hesab olunur.

Siyahıda köhnəlmiş “iPhone”, “Samsung”, “Huawei”, “Sony”, LG, ZTE, “Alcatel”, “Lenovo” və digər markaların modelləri yer alıb. Messencerin saytında deyilir ki, OS 4.1 və daha yeni versiyalarla işləyən “Android” cihazlarından, iOS 12 və daha yeni versiyalarla işləyən “iPhone”lardan, KaiOS 2.5.0 və daha yeni versiyalarla işləyən cihazlardan istifadə etmək tövsiyə olunur.

# 7119
avatar

Oxşar yazılar

“iPhone” Çində yığılmayacaq?

“iPhone” Çində yığılmayacaq?

4 dekabr 2022 , 08:18
Türkiyə hərb sənayesi daha bir sistemi sınaqdan çıxardı -VİDEO

Türkiyə hərb sənayesi daha bir sistemi sınaqdan çıxardı -VİDEO

3 dekabr 2022 , 21:24
Telefonunuz suya düşübsə, BUNLARI EDİN

Telefonunuz suya düşübsə, BUNLARI EDİN

3 dekabr 2022 , 19:16
Qardan  elektrik enerjisi   alınacaq

Qardan elektrik enerjisi alınacaq

3 dekabr 2022 , 15:37
Telefonun  orqanizm və xarici görünüş üçün TƏHLÜKƏLƏRİ

Telefonun orqanizm və xarici görünüş üçün TƏHLÜKƏLƏRİ

2 dekabr 2022 , 15:36
Telefonlar keçmişdə qalacaq: YENİ CİHAZ

Telefonlar keçmişdə qalacaq: YENİ CİHAZ

2 dekabr 2022 , 13:38
Dünyanın ən yüngül noutbuku  - 880 qram...

Dünyanın ən yüngül noutbuku - 880 qram...

2 dekabr 2022 , 10:29
Telefonlarımızın ömrünü qısaldan  SƏBƏBLƏR

Telefonlarımızın ömrünü qısaldan SƏBƏBLƏR

1 dekabr 2022 , 18:47