“Twitter”dəki  yeni funksiyalar təqdim edildi
10 yanvar 2023 10:45 (UTC +04:00)

“Twitter”dəki yeni funksiyalar təqdim edildi

İlon Mask “Twitter”də istifadəyə veriləcək yeni funksiyaları təqdim edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bunlar arasında uzun tvitlər, yenilənmiş dizayn və s. yeniliklər var.

Məlumata görə, mobil versiyada tətbiqi sağa və ya sola sürüşdürməklə şəbəkənin təklif etdiyi və ya istifadəçilər tərəfindən izlənilən paylaşımlara keçid etmək mümkün olacaq.

Yeni funksiyaların həftə sonuna qədər aktiv olacağı gözlənilir.

Bunlarla yanaşı, “twitter”də ayın ortasına qədər qovluqlar funksiyası da istifadəyə veriləcək. Bu zaman istifadəçi özü üçün maraqlı olan tvitləri həmin qovluqda saxlaya biləcək.

# 2346
avatar

Sevinc Fərid

Oxşar yazılar