“Twitter” 44 milyard dollara  satıldı
25 aprel 2022 23:20 (UTC +04:00)

“Twitter” 44 milyard dollara satıldı

“Twitter” şirkəti İlon Maskla 44 milyard dollar dəyərində sövdələşməyə razılaşıb.

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, müqavilə Maskın keçən həftə şirkəti əldə etmək üçün 46,5 milyard dollar maliyyə vəsaiti ayırdığı açıqlamasından sonra baş verib.

Maskın təklifindən sonra “Twitter”-in İdarə Heyəti bu təklifi müzakirə etmək üçün toplaşıb.

“Ümid edirəm ki, mənim ən pis tənqidçilərim belə "Twitter"-də qalacaq, çünki bu, azad söz deməkdir”,- deyə Mask bildirib.

# 3441
avatar

Oxşar yazılar