Təqdim edilməmiş smartfonun görüntüləri  sızdırıldı
16 yanvar 2023 15:31 (UTC +04:00)

Təqdim edilməmiş smartfonun görüntüləri sızdırıldı

“OnePlus Nord CE 3” smartfonunun fotoları sızdırılıb.  

Lent.az xəbər verir ki,  telefonun şəkillərini “Mysmartprice” saytı yayıb.

Məlumata görə, hələ təqdim edilməmiş smartfon “Nord CE 2” ilə müqayisədə bir xeyli fərqli görünüşə sahibdir. Bu modeldə ekran üzərindəki ön kamera çıxıntısı mərkəz hissədə yerləşəcək. “Nord CE 2”də ön kamera çıxıntısı yuxarı sol hissədə yerləşir. Arxa kamerasının dizaynı isə tamamilə dəyişilib. Belə ki, kamera iki geniş dairəvi bölümdən ibarət olacaq və bu sahələr özlərində 3 kamera obyektivini birləşdirəcək.

# 2871
avatar

Sevinc Fərid

Oxşar yazılar