Telefon alıb-satanların bu fırıldaqlarını bilirdiniz? -  DİQQƏTLİ OLUN!
04 may 2021 17:24 (UTC +04:00)

Telefon alıb-satanların bu fırıldaqlarını bilirdiniz? - DİQQƏTLİ OLUN!

Mobil telefonlar ilk çıxan dövrdən həyatımızın ayrılmaz hissəsinə çevrilməyə başladı. Son 6-7 ildə ağıllı telefonlar istehsal olunandan sonra artıq onlar hər yerdə və hər zaman üzərimizdən əskik olmayan əşyaya döndü. Ağıllı telefonların bir çox funksiyaları onlara olan marağı daha da artırdı. İnsanlar da mobil telefon alarkən onların bu funksiyalarına, brend olmağına və s. xüsusiyyətlərinə önəm verirlər. Görəsən, son illərdə Azərbaycan telefon bazarında brend markalar hansılardır? Hansı markaların saxtaları ölkəyə daha çox gətirilir?

Lent.az-ın suallarını bazar araşdırmaçısı Kamran Həsənov cavablandırıb. Onun sözlərinə görə, hazırda bazarda ən çox satılanalar iri elektronika mağazalar şəbəkələrindədir:

“Xiaomi markalarını Elcore və Phonezo adlı xarici kökənli 2 şirkət Azərbaycana gətirir. Samsung firmasını isə elə Samsung Azərbaycan özü idxal edir. Bazarın lider brendləri hər kəsə məşhur olan Iphone, Samsung və Xiaomi markalarıdır. Bunlardan başqa, bazarda Honor, Nokia, Huawei, OPPO, OnePlus, Realme kimi firmalar da satışa çıxarılır”.

Həmsöhbətimiz Azərbaycana gətirilən saxta telefonlardan da danışıb:

“Əslində Azərbaycana elə də çox saxta telefon gətirilmir. Gətirilsə də, bunlar xüsusən, Iphone və Vertu markalarının Çin istehsalı olan variantlarıdır. Başqa markalarda saxta telefonla rast gəlməmişəm. Amma bunları da orijinal adı ilə satmırlar.

Telefon bazarında da bir çox fırıldaq əməllər mövcuddur. Bunlar əsasən, işlənmiş telefonların paketlənərək təzə adı ilə satılmasıdır. Bəzi dələduzlar isə kreditdə olan telefonları müştəriyə satır. Nəticədə sonradan problemlər yaranır. Dələduzlar ən çox kreditə telefon satan iri mağazalar şəbəkəsindən telefonu alır. Təcili olaraq özü kredit verirmiş kimi sistemə öz adına qeydiyyata salır. Beləcə, həmin telefonu müştəriyə satır”.

# 3270
avatar

Mehman Nəbiyev

Oxşar yazılar