Təhlükəsizlik kəmərində olan gizli funksiya  açıqlandı
10 iyul 2023 14:09 (UTC +04:00)

Təhlükəsizlik kəmərində olan gizli funksiya açıqlandı

Avtomobillərdə təhlükəsizlik kəmərlərinin gizli funksiyası açıqlanıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik kəməri çox texniki xidmət tələb etməsə də, onun düzgün işləməsi üçün nəzarət edilməlidir.

Təhlükəsizlik kəməri qəza zamanı sürücünü və sərnişinləri qoruyan əsas elementdir. Hər hansı bir vəziyyətdə, avtomobil idarə edərkən bərkidilməlidir.

Kəmərdə kiçik bir düymənin olduğuna isə az adam fərqinə varıb. Kəmər məhdudlaşdırıcı rolunu oynayır. Onun sayəsində kəmərin metal tokası həmişə bir yerdə olur və aşağı sürüşmür. Bu gözə çarpmayan düymə təhlükəsizlik kəmərinin bağlanmasını asanlaşdırır.

Bu düymə həm də sinə və ya çanaqda güclü təzyiqdən qaçmaq üçün kəmərin uzunluğunu tənzimləməyə imkan verir.

 “Təhlükəsizlik kəmərini özünüz təmir etməyə çalışmayın. Xüsusilə bunun üçün xüsusi alətlər və ya bilikləriniz yoxdursa. Bu element o qədər həssasdır ki, bir mütəxəssislə məsləhətləşmək daha yaxşıdır ", - açıqlamada bildirilib.

# 6882
avatar

Sevinc Fərid

Oxşar yazılar