Suya davamlı   ən yaxşı 6 telefon
30 iyul 2025 15:47 (UTC +04:00)

Suya davamlı ən yaxşı 6 telefon

Müasir bazarda çoxsaylı yüksək keyfiyyətli smartfonlar təklif olunsa da, xüsusilə aktiv istirahət sevərləri üçün suya davamlılıq vacib seçim meyarına çevrilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ekspertlər 2025-ci ilin yayında satın almağa dəyən ən yaxşı 6 suya davamlı smartfonu açıqlayıb.

Birinci yerdə iPhone 16 Pro Max qərarlaşıb. Bu cihaz IP68 dərəcəsində qorunmaya malikdir və 6 metr dərinlikdə 30 dəqiqə su altında işləyə bilir.

İkinci sırada Google Pixel 9a yer alır. Uyğun qiymətli Android smartfonları arasında ən yaxşı suya davamlı cihaz sayılır. Amma bu modelin dərin suya salınması tövsiyə olunmur. O, 1,5 metr dərinlikdə 30 dəqiqə suya tab gətirə bilir.

Adi iPhone 16 də eyni dərinlik və müddətdə suya davamlıdır, lakin Pro Max modelindən daha ucuzdur. Daha da qənaətli seçim istəyənlər üçün iPhone 15 də siyahıya daxil edilib.

Samsung Galaxy S25 Ultra isə Android platformasında suya qarşı ən yaxşı flaqman kimi göstərilir. Rəsmi məlumatlara əsasən, bu cihaz 1,5 metr dərinliyə qədər 30 dəqiqə suya davam gətirə bilir.

Siyahını Pixel 9 tamamlayır. Bu model flanqman səviyyəli suya davamlılıq təklif edən ən sərfəli cihazlardan biri kimi təqdim olunub. Cihaz 1 metr dərinlikdə 30 dəqiqəyə qədər su altında qala bilir.

Maraqlıdır ki, Pixel 9-da xüsusi sualtı çəkiliş rejimi də mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1212

Oxşar yazılar