Sürət elektrikli avtomobillərə  necə təsir edir? - MƏSLƏHƏTLƏR
19 avqust 2025 19:52 (UTC +04:00)

Sürət elektrikli avtomobillərə necə təsir edir? - MƏSLƏHƏTLƏR

“Chevrolet Silverado EV” bir dəfəlik batareya yığımı ilə 1000 kilometrdən çox məsafə qət edib. Rekord göstəricinin sirri sadə olub — elektromobil sabit və aşağı sürətlə hərəkət edib ki, bu da enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmağa imkan verib.

Lent.az xəbər verir ki, bəzilərinin iddiasına görə, səbəb fizika ilə bağlıdır. Əsas amil aerodinamik müqavimətdir və o, avtomobilin axıcılıq əmsalından, eləcə də sürətindən asılıdır. Burada həlledici rol məhz sürətə məxsusdur: sürətin ikiqat artırılması müqaviməti dörd dəfə böyüdür. Bu isə o deməkdir ki, avtomobil nə qədər yavaş hərəkət edirsə, bir o qədər az enerji sərf edir.

Avtomobil istehsalçıları daim modellərinin aerodinamik müqavimət əmsalını azaltmağa çalışsalar da, heç bir mühəndislik hiyləsi sürətin azaldılmasının yaratdığı effektlə müqayisə oluna bilməz. Məhz bu üsul “Chevrolet”ə unikal nəticəni nümayiş etdirməyə imkan verib.

Mütəxəssislər qeyd edirlər ki, belə praktika gündəlik həyatda çətin tətbiq oluna bilər, çünki çox yavaş sürmək narahatlıq yaradır. Bununla belə, maksimum qənaətə can atanlar üçün sadə resept aydındır — qaz pedalına daha yüngül basmaq kifayətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 316

Oxşar yazılar