Sərnişinləri hava limanına uçan taksilərlə daşıyacaqlar
11 fevral 2021 14:32 (UTC +04:00)

Sərnişinləri hava limanına uçan taksilərlə daşıyacaqlar

ABŞ-ın hava yolu şirkəti “United Airlines” hava limanlarına sərnişin daşınması üçün 200 elektriklə uçan taksi almağı hədəfləyir.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, “United Airlines Holdings”dən edilən açıqlamada, Kaliforniyada yerləşən hava taksi istehsalçısı “Archer”dən 1 milyard dollar dəyərində uçan taksilərin alınması və bu çərçivədə ABŞ-ın regional hava yolu şirkəti “Mesa Airlines” ilə əməkdaşlıq etməyin planlaşdırıldığı bildirilir.

“United” və “Mesa” rəsmiləri, hava yolu sənayesindəki karbon izini azaltmaq üçün, 5 ildə 200 uçan taksi almaq planının magistral yollarda sıx trafikə məruz qalan sərnişinləri hava limanına daşımaq üçün hazırlandığını qeyd ediblər.

Sözügedən taksilərin saatda təqribən 240 kilometr sürətlə 95 kilometrə yaxın bir məsafə qət edə biləcəyi və bununla da hava limanına gedən sərnişinlər üçün karbon dioksid emissiyasını azaldacağı vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3351
avatar

Oxşar yazılar