"PowerPoint" proqram təminatının rəhbəri Dennis Ostin 76 yaşında vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Məlumata görə, tərtibatçı sentyabrın 1-də Kaliforniya ştatının Los Altos şəhərindəki evində beyinə metastaz olan ağciyər xərçəngindən vəfat edib.
Xatırladaq ki, "PowerPoint" proqramı 1987-ci ildə yaranıb. Şirkət daha sonra "Microsoft" tərəfindən alınıb. Daha sonra, Ostin proqramın hazırlanmasına rəhbərlik etməyə davam edib. 1996-cı ildən isə təqaüdə çıxıb.