Pixel 8 smartfonlarının satış qiymətləri AÇIQLANDI
04 sentyabr 2023 09:35 (UTC +04:00)

Pixel 8 smartfonlarının satış qiymətləri AÇIQLANDI

 Google şirkəti 4 oktyabr tarixində Google Pixel 8 smartfon seriyasını təqdim edəcək.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu seriyaya Pixel 8 və Pixel 8 Pro modelləri daxil olacaqlar. Son illərdə Google alıcıları öz smartfonlarının satış qiymətləri mövzusunda sevindirib. Belə ki, digər alternativlər ilə müqayisədə Pixel smartfonları nisbətən aşağı qiymətə satılırdılar. Lakin bu il vəziyyət tamamilə fərqli ola bilər. İnsayderlər Google Pixel 8 smartfonlarının Avropa bazarındakı satış qiymətləri barəsində məlumatları təqdim ediblər. Təqdim edilmiş məlumata əsasən adi Pixel 8 modelinin 128 GB yaddaşa sahib versiyası 874 avroya, 256 GB yaddaşa sahib versiyası isə 949 avroya satılacaq. Pixel 8 Pro-ya gəldikdə isə onun 128 GB yaddaşa sahib versiyası 1235 avroya, 256 GB yaddaşa sahib versiyası 1310 avroya, 512 GB yaddaşa sahib versiyası isə 1461 avroya satılacaq.

# 3492
avatar

Oxşar yazılar