Paltaryuyan maşını  tez və asanlıqla   necə təmizləmək olar?
16 yanvar 2022 19:28 (UTC +04:00)

Paltaryuyan maşını tez və asanlıqla necə təmizləmək olar?

Paltaryuyan maşında çox şey yuyucu toz tökülən yerindən, o cümlədən maşının xidmət müddəti və yuyulmuş çamaşırların keyfiyyətindən asılıdır.

Lent.az xarici mediaya istinadla bildirir ki, amma yuyucu tozun töküldüyü, ağartıcı və kondisionerin əlavə olunduğu nimçənin arxasına qulluq lazımdır

Çirklənmə həm də xoşagəlməz qoxulara səbəb olur. Buna görə də yuyucu toz tökülən nimçəni təxminən hər 8-10 yumadan bir təmizləmək məsləhətdir.

Necə təmizləmək olar?

Bir çox paltaryuyan maşınlarda nimçəni bir az basmaqla, sonra dartmaqla çıxartmaq olar.

Bundan əlavə, hətta ən əlçatmaz yerlərdə belə müxtəlif vasitələrdən istifadə edərək əhəng və kifləri asanlıqla və tez təmizləyə bilərik.

İndi yuyucu toz tökülən nimçəni təmizləmək üçün tam olaraq nə edə biləcəyinizi sizə təqdim edəcəyik.

Soda və sirkə

Yuyucu toz tökülən nimçəyə təxminən yarım stəkan soda tökün, eyni miqdarda sirkə əlavə edin və üzərinə qaynar su tökün.

Belə qarışığı nimçədə 15-20 dəqiqə saxlamaq lazımdır ki, o, yenidən tamamilə yeni kimi görünsün.

Əgər çirklənmələr çətinliklə gedilə bilən yerlərdədirsə, diş fırçasından istifadə edə bilərsiniz.

Bu prosesdən sonra qabı ilıq suda yuyun və quru dəsmalla silin.

Məişət kimyəvi maddələri

Nimçənin nə qədər çirklənməsindən asılı olaraq, zəif və ya güclü vasitə seçin.

Məhsula bir az qaynar su əlavə edin. 15-20 dəqiqədən sonra süngərlə, boşluqlardan isə fırça ilə keçirin.

Sonra ilıq su ilə yaxalayın və qurudun.

 

# 3225
avatar

Oxşar yazılar