Noutbukunuz islananda nə etməli?
13 mart 2025 10:28 (UTC +04:00)

Noutbukunuz islananda nə etməli?

Maye və noutbuk bir araya gəlməməlidir, eynilə od və kağız kimi. Ancaq tez və düzgün hərəkət etsəniz, tam islanmış bir cihazı da xilas etmək mümkün ola bilər. Əsas odur ki, panikaya düşməyin və qəzanı fəlakətə çevirəcək səhvlər etməyin.

Lent.az noutbukunuza içki töküldükdə etməli olduqlarınızı təqdim edir:

1. Dərhal söndürün
Noutbukunuzu söndürmək üçün vaxt itirməyin. Fayllara qənaət etməyə çalışmayın, sadəcə olaraq güc düyməsini basıb saxlayaraq ekran tamamilə sönənə qədər gözləyin. Komputeriniz elektrik şəbəkəsinə qoşuludursa, dərhal adapteri çıxardın. Su elektrik cərəyanını keçirdiyi üçün gecikmə qısa qapanmaya səbəb ola bilər.

2. Noutbuku tərs çevirin
Cihazı qum saatı kimi tərs çevirmək mayenin ana plata və batareyaya sızmasını minimuma endirər. Ancaq onu silkələməyin və ya suyu üfürməyə çalışmayın, bu, mayenin dərindəki hissələrə yayılmasına səbəb ola bilər.

3. Batareyanı çıxardın (mümkün olduqda)
Batareyanı çıxarmaq cihazın zədələnmə riskini azalda bilər. Lakin bəzi yeni model noutbuklarda batareya daxili olduğu üçün onu çıxarmaq mümkün olmaya bilər. 

4. Qurulama prosesi
Klaviaturanı və noutbukun üstünü mikrofiber parça və ya kağız dəsmal ilə silin. Ancaq unutmayın ki, saç qurutma feni istifadə etmək olmaz! Çünki isti hava noutbukun daxili hissələrinə zərər verə bilər. Noutbuku quru və hava axını olan bir yerdə 48 saat saxlayın. Onun yanına silika gel paketləri və ya düyü qoyaraq qalan nəmin udulmasına kömək edə bilərsiniz.

5. Səbirli olun
Noutbuku vaxtından əvvəl işə salmayın! İşə düşsə belə, su hələ düymələrin altında qala və kontaktları korroziyaya uğrada bilər. Tamamilə quruduğuna əmin olduqdan sonra cihazı yandırıb yoxlayın. Əgər noutbuk açılmırsa və ya normal işləmirsə, onu vaxt itirmədən xidmət mərkəzinə aparın.

Qeyd edək ki, bu tədbirlər cihazların 70% hallarda xilas edilməsinə kömək edir!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714

Oxşar yazılar