Müharibələrin modelləşdirilməsi üzrə süni intellektin yaradıcısı qəzada öldü
17 iyul 2023 07:50 (UTC +04:00)

Müharibələrin modelləşdirilməsi üzrə süni intellektin yaradıcısı qəzada öldü

Çin Xalq Azadlıq Ordusu üçün süni intellektə əsaslanan hərbi münaqişə simulyasiya proqramının əsas tərtibatçılarından biri, polkovnik Fen Yanhe avtomobil qəzasında həlak olub. 

Lent.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti silahlı qüvvələrdəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, zabit iyulun 1-də Pekində avtomobil qəzası nəticəsində ölüb. "O, vacib tapşırığı ona bildirən zəng aldığından, təyyarə ilə gecə Çanqşadan Pekinə gəlib. O, həmişəki kimi ərizədə taksi sifariş edib. Normadan çox işləyən taksi sürücüsü avtomobili yük maşınına çırpıb.

Qəzet xatırladır ki, Çin ordusunda xidməti avtomobil və şəxsi sürücü yalnız generallara təyin olunur.
 

# 2085
avatar

Oxşar yazılar