Motorola Edge 40 Neo smartfonunun texniki özəllikləri nədir?
05 sentyabr 2023 10:51 (UTC +04:00)

Motorola Edge 40 Neo smartfonunun texniki özəllikləri nədir?

 Artıq müəyyən müddət ərzində internetdə gəzən məlumatlara əsasən Motorola şirkəti Edge 40 Neo adlı yeni smartfonu üzərində çalışır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, indi isə insayderlər sözügedən smartfonun yeni render fotosu təqdim ediblər və texniki göstəriciləri ilə satış qiymətini açıqlayıblar. Onların sözlərinə əsasən Motorola Edge 40 Neo 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym pOLED ekran ilə təchiz olunacaq. Smartfon MediaTek Dimensity 1050 prosessoru vasitəsilə çalışacaq.

Smartfon özündə 12 GB RAM-ı, 256 GB daxili yaddaş həcmini və 68 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Kameralara gəldikdə isə Motorola Edge 40 Neo 50 MP + 13 MP ikili arxa kameraya sahib olacaq. İnsayderlər bildiriblər ki, smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunacaq və Android 13 əməliyyat sistemi vasitəsilə çalışacaq. Motorola Edge 40 Neo-nun bu ay ərzində təqdim olunacağı gözlənilir. İnsayderlərin təqdim etmiş olduqları məlumata inansaq, smartfon 399 avroya satılacaq.

# 2934
avatar

Oxşar yazılar