Kompüterdə proqram donarsa, nə etməli? - ƏN ASAN YOLU
29 aprel 2021 16:06 (UTC +04:00)

Kompüterdə proqram donarsa, nə etməli? - ƏN ASAN YOLU

"Windows" elə bir sistemdir ki, burada proqramların donması adi bir haldır. Səbəbini bu yazımızda araşdırmayacağıq, çünkü səbəbi olduqca geniş ola bilər. Lakin işimizi ləngidə bildiyinə görə bununla necə savaşmalı?

Lent.az "compboard"a istinadən yaranan sualla bağlı cavabı təqdim edir: 

Donmuş (cavab veməyən) programın iş prosesindən kənarlaşdırmaq üçün adətən biz sistemdə Ctrl+Alt+Del düymələrini sıxaraq Tapşırıqlar dispeçerini çağırırıq. Sonra həmən proqramı siyahıdan seçib “Снять задачу” əmrini seçib donmuş proqramdan qurtuluruq.

Lakin aşağıdakı təlimatda, sizə bunun ən qısa və efektiv yolunu izah edəvəm. İlk öncə bir yarlık yaradırıq. Bunun üçün İş masasında siçanın sağ düyməsinə klik edərək Создать -> Ярлык kimi yarlık faylını yaradırıq.

Aşağıdakı sətri kopyalıyırıq formanın içinə:

%windir%\system32\taskkill.exe /f /fi "status eq not responding"

Sonra “Далее” düyməsini sıxırıq və bir ad fikirləşirik, məsələn “Завершить зависшее” və prosesi tamamlamaq üçün “Готово” düyməsinə klik edirik.

Vəssalam. İndi hansısa proqram donduqda, İş stolunda yaratmış olduğunuz yarlıka iki dəfə klik edərək həmən proqramı rahatlıqla bağlaya biləcəksiniz. Həmən yarlıka ürəyiniz istədiyi zaman ikon şəkli və ya administrator adından işə salmaq kimi təyinatlar verə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3714
avatar

Oxşar yazılar