İyul ayının ən güclü telefonları  açıqlandı
02 avqust 2023 17:58 (UTC +04:00)

İyul ayının ən güclü telefonları açıqlandı

İyul ayının ən güclü telefonları açıqlanıb.

Lent.az xəbər verir ki, “Snapdragon 8 Gen 2” çipi ilə təchiz edilmiş “Red Magic 8s”i iyulun ən güclü smartfonu seçilib.

Məlumata görə, tək birinci yer deyil, reytinqdə olan digər telefonların da bir çoxu “Snapdragon 8 Gen 2” çipi ilə təchiz olunub.

Birinci yeri 1,63 milyondan çox xal toplayan “Red Magic 8s Pro” oyun smartfonu tutub. İlk üçlüyə həmçinin “iQOO 11S” (1,62 milyon) və “Vivo X90 Pro+” (1,61 milyon) daxildir. Dördüncü yer “iQOO 11 Pro” (1,6 milyon) üçün müəyyən edilib.

Qeyri-Qualcomm çipi olan yeganə smartfon, “MediaTek Dimensity 9200+” çipset ilə təchiz edilmiş “Vivo X90s” olub. Cihaz 1,59 milyon bal toplayıb.

Üst sıralarda “Oppo Find X6 Pro” (1,58 milyon), “Nubia Z50S Pro” (1,57 milyon), “Vivo X Fold2” (1,56 milyon), “Xiaomi 13 Ultra” (1,56 milyon) və “OnePlus 11” (1,56 milyon) yer alıb.

 

# 19158
avatar

Sevinc Fərid

Oxşar yazılar