Etibarlılıq müxtəlif problemləri gizlədə bilən bir avtomobil, xüsusən də işlənmiş avtomobil seçərkən olduqca vacib amildir. Bəzi modellər ciddi nasazlıqlar olmadan yüz minlərlə kilometr sürülməyə qadirdir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ekspertlər təkrar bazarda tapıla bilən 10 çox etibarlı işlənmiş avtomobilin adını çəkiblər. Bu modellərin 400.000 kilometrdən çox məsafə qət etmək şansı yüksəkdir.
Qeyd olunur ki, reytinq işlənmiş avtomobil sahiblərinin hesabatları əsasında tərtib edilib. Onlar ekspertlərə istismar təcrübələri və son illərdə avtomobillərində baş verən nasazlıqlar barədə məlumat veriblər.
10 çox etibarlı işlənmiş avtomobillər:
1. Toyota Land Cruiser (J100)
2. Toyota Prius (üçüncü nəsil)
3. Ford Crown Victoria (ikinci nəsil)
4. Honda Civic (doqquzuncu nəsil)
5. Honda Accord (səkkizinci nəsil)
6. Lexus ES (dördüncü nəsil)
7. Ford F-150 (on ikinci nəsil)
8. Toyota Camry (XV30)
9. Toyota Tundra (ikinci nəsil
10. GMC Yukon (üçüncü nəsil)
Ekspertlər “Toyota Land Cruiser”in davamlılığı ilə seçildiyini bölüşüblər. Bu, yüksək səviyyəli rahatlıq və geniş salon təklif edən çox etibarlı avtomobilidir.