“iPhone”larda boşluq  tapıldı – Bu nə qədər təhlükəlidir?
07 dekabr 2023 11:41 (UTC +04:00)

“iPhone”larda boşluq tapıldı – Bu nə qədər təhlükəlidir?

“Yandex” “iOS 17” əməliyyat sistemindəki yeni funksiyalardan biri ilə bağlı boşluq tapıb. 

Lent.az xəbər verir ki, söhbət istifadəçilərə digər “iPhone” sahiblərinə zəng edərkən göstərilən şəkli və adı seçmək imkanı verən “Əlaqə afişaları” funksiyasından gedir. 

“Yandex”in xəbərdarlığına əsasən, təcavüzkarlar bu funksiyadan polis və ya bank təhlükəsizliyindən gələn zəngləri saxtalaşdırmaq üçün istifadə edə bilər.

İnsayderlər bu zəifliyin ciddi təhlükə yaratmaması barədə fikir bildirib. Onların sözlərinə görə, istifadəçini çaşdırmaq üçün təcavüzkar “iPhone”dan zəng etməlidir. Ancaq bir çox fırıldaqçı qruplar aldatmaq üçün zəng mərkəzlərindən və xüsusi proqramlardan istifadə edir. 

Eyni zamanda, “Yandex” müəyyən edilmiş problemlə bağlı “Apple”ı xəbərdar etdiyini və zəifliyin aradan qaldırılmasını xahiş etdiyi bildirilib. İnternet-axtarış şirkətinin sahibi İqor Bederov bu qüsurun yaxın vaxtlarda aradan qaldırılacağına əmin olduğunu vurğulayıb. 
 

# 3615
avatar

Sevinc Fərid

Oxşar yazılar