İnfarkt riskini proqnozlaşdıran süni intellekt sistemi
02 fevral 2022 22:24 (UTC +04:00)

İnfarkt riskini proqnozlaşdıran süni intellekt sistemi

 Belçika alimləri gözün torlu qişasının skan edilməsi sayəsində infarkt riskini proqnozlaşdıran süni intellekt sistemi hazırlayıblar.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, Leuven Universitetindən bir qrup tədqiqatçının apardığı araşdırmada ürək-damar xəstəliklərində gözün tor qişasındakı kapilyarların da təsirləndiyi və tor qişanın skan edilməsi ilə ürək-damar xəstəliklərinin təsirinin müəyyən qədər proqnozlaşdırıla biləcəyi müəyyən edilib.

 Universitetdən verilən açıqlamada bunun üçün hazırlanan süni intellekt sistemi ilə xəstələrin növbəti ildə infarkt keçirmə riskinin olub-olmadığını təxmin etmək mümkün olduğu bildirilib.

 Sistemin hazırlanmasında 5 min adamın gözünün tor qişası və ürəyi skan olunub.

 Tədqiqatda istifadə olunan məlumatlar Böyük Britaniyanın “Biobank” biotibbi məlumat bazası tərəfindən təmin edilib.

 Qeyd edək ki, ürək-damar xəstəlikləri dünyada ən erkən ölümə səbəb olan xəstəliklər sırasındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2595
avatar

Oxşar yazılar