İlon Maskdan diqqətçəkən tvit: “Ölsəm…”
10 may 2022 19:16 (UTC +04:00)

İlon Maskdan diqqətçəkən tvit: “Ölsəm…”

Dünyanın ən varlı adamı, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask diqqətçəkən tvit atıb. 

Lent.az xəbər verir ki, Mask ölümü ilə bağlı zarafat edərək bunları yazıb: 

“Qəribə şəkildə ölərsəm, sizi tanımaq gözəl idi”. 

Məşhur bloqqer Cimmi Donaldson Maskın tvitinə reaksiya verib. O, milyarderin ölümündən sonra “Twitter”ə güvənəcəyini bildirib. 

İlon Mask isə “Yaxşı” deyə ona istehza ilə cavab verib. 

Xatırladaq ki, İlon Mask aprelin 25-də “Twitter”i 44 milyon dollara almışdı. 
 

# 3687
avatar

Sevinc Fərid

Oxşar yazılar