İlon Mask "Twitter"də adları da  pullu edir
12 yanvar 2023 13:10 (UTC +04:00)

İlon Mask "Twitter"də adları da pullu edir

İlon Mask “Twitter”i aldıqdan sonra daimi yenilikləri ilə gündəmə gəlir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, indi isə platforma istifadəçi adlarının ticarətinə başlamağı düşünür.

Məlumata görə, şirkət gəliri artırmaq üçün adların satışına başlamaq istəyir. Hətta bəzi istifadəçi “name”lərinin satışı dekabr ayından müzakirə olunmağa başlayıb.

Onlayn hərraclarda @ işarəsindən sonra sözlər, rəqəmlər və ya simvollardan ibarət istifadəçi adları təklif olunacaq.

 

# 2910
avatar

Sevinc Fərid

Oxşar yazılar